Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

Hazırda oxunan: Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

609282

Azərbaycanda bəzi dövlət təşkilatlarında istifadəyə yararsız nəqliyyat vasitələrinin sığortalanması, işlək avtomobillərin isə sığortasız qalması halları müəyyən edilib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
 

Sənədə əsasən, təqdim edilmiş məlumatların təhlili göstərib ki, bəzi hallarda texniki cəhətdən nasaz və faktiki istifadədə olmayan nəqliyyat vasitələri sığortalanıb. Eyni zamanda, texniki baxımdan saz və istismarda olan nəqliyyat vasitələrinin icbari sığortasının təmin edilmədiyi faktlar da aşkarlanıb.


Bununla yanaşı, nəqliyyat vasitələrinin sığortası üzrə maliyyələşmə strukturunun təhlili nəticəsində bir çox təşkilat tərəfindən bu sahə üzrə xərclərin "Vahid Büdcə Təsnifatı"na uyğun icra edilmədiyi müəyyən olunub.

Qeyd edilib ki, bu kimi uyğunsuzluqlar həm maliyyə intizamının pozulmasına, həm də sığorta sistemində risklərin düzgün idarə olunmamasına səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin