“Hamiləlik dövründə bəzi dəniz məhsullarından uzaq durmaq lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu hamilə xanımlar üçün Ginekologiya və Doğum Mütəxəssisi Prof. Dr. Səlahəddin Kumru açıqlayıb.
O, bildirib ki, gələcək analar üçün sağlam qidaların qəbulu ilə yanaşı, sağlam olmayan qidaların istehlak edilməməsi də çox vacibdir.
Mütəxəssisin fikrincə, hamiləlik dövründə bəzi balıqların yeyilməsi körpədə problem yarada bilər.
Məsələn, tərkibində civənin yüksək olduğu köpəkbalığı və kılınç balığı yeyildikdə civə plasentadan körpəyə keçə bilər. Bu isə dünyaya gələcək körpənin idrak qabiliyyətinə, motor və dil bacarıqlarına, həmçinin görmə qabiliyyətinə mənfi təsir göstərə bilər. (turpkimi.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:07 / 25.04.2026
Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!
Hazırda oxunan: Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!
Hazırda oxunan: Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!
609216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.









































































































