Rusiyada müəllimin azərbaycanlı haqda sözləri QALMAQAL yaratdı

Hazırda oxunan: Rusiyada müəllimin azərbaycanlı haqda sözləri QALMAQAL yaratdı

609199

Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın açıqlamaları qalmaqala səbəb olub.

Bizim.Media “ura.ru”ya istinadən xəbər verir ki, maliyyə və kredit kafedrasının baş müəllimi sosial şəbəkədə tələbəsinin və onun övladının fotosunu paylaşaraq təhqiramiz şərhlər yazıb.
 

O, qızın xarici görünüşü ilə bağlı "bütün azərbaycanlı ailələr məni bağışlasın, amma belə gözəl insanlardan niyə belə çirkin uşaqlar doğulur" ifadəsini işlədib və uşağın artıq çəkisinin olduğunu bildirib.


Uşağın anası sosial şəbəkələrdə bildirib ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib.

Onun sözlərinə görə, qızın səhhətində problemlər var və artıq çəki dərman qəbul etməsi ilə bağlıdır:

"O, uşağın ən uğursuz fotosunu paylaşıb. Necə olur ki, başqasının uşağını paylaşaraq onun çirkin olduğunu yazır?"

Ural Federal Universitetindən bildirilib ki, faktla bağlı araşdırma aparılır və nəticəyə uyğun qərar veriləcək. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin