DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

Hazırda oxunan: DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

609175

Paytaxtın Səməd Vurğun və Rəşid Behbudov küçələri, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında (şəhər istiqaməti) 24-27 aprel tarixlərində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bəzi marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Bizim.Media xəbər verir ki, Səməd Vurğun küçəsindən keçən 61 nömrəli marşrut Azadlıq prospektilə, 88A nömrəli marşrut isə Rəşid Behbudov və Salatın Əsgərova küçələrilə; Rəşid Behbudov küçəsindən keçən 4 nömrəli marşrut Puşkin küçəsi, Azadlıq prospekti və Füzuli küçəsilə, 5, 20, 61, 88 nömrəli marşrutlar isə Xaqani, Puşkin və Füzuli küçələrilə; Heydər Əliyev prospektinin əsas yolundan keçən H1 nömrəli marşrut kənar yolla hərəkət edəcək.

Həmçinin, qismən məhdudlaşdırılması nəzərədə tutulan Heydər Əliyev prospektinin kənar yolundan keçən 1, 13, 38 və M8 nömrəli marşrutların intervallarında artım ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin