Bakı ermənisi olan senator qiyabi həbs olundu

Hazırda oxunan: Bakı ermənisi olan senator qiyabi həbs olundu

608332

Moskva məhkəməsi VTB bankının keçmiş baş vitse-prezidenti Aleksandr Ter-Avanesovu dələduzluqda ittiham edərək qiyabi şəkildə həbs edib.

Bizim.Media “axar.az”a istinadla xəbər verir ki, Meşanski rayon məhkəməsinin qərarı ilə Ter-Avanesov barəsində həbs qətimkan tədbiri seçilib.
 

Qərara əsasən, o, Rusiyaya ekstradisiya və ya deportasiya edildiyi halda hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan etibarən və ya Rusiya ərazisində faktiki saxlanıldığı andan başlayaraq iki ay müddətinə həbs olunacaq.


Məlumata görə, Ter-Avanesova qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə qiyabi ittiham irəli sürülüb.

Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət işi 2023-cü ilin iyun ayında başlanıb və onunla bağlı azı altı cinayət işi bir icraatda birləşdirilib.

Qeyd edək ki, Aleksandr Ter-Avanesov 1969-cu ildə Bakıda anadan olub. Milliyyətcə ermənidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin