ABŞ ordusu İran gəmisini belə ələ keçirdi – ANBAAN VİDEO

Hazırda oxunan: ABŞ ordusu İran gəmisini belə ələ keçirdi – ANBAAN VİDEO

608117

ABŞ-nin idarəolunan "USS Spruance" raketi ilə təchiz olunan esminesi Oman körfəzində İran bayrağı altında üzən TOUSKA yük gəmisini ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, gəmi Amerika Hərbi Dəniz Qüvvələri tərəfindən qurulan dəniz blokadasını yarmağa çalışıb.

"Gəmi bizim hərbi dəniz blokadamızı yarmağa çalışdı və bu, onlar üçün uğursuzluqla başa çatdı. ABŞ-nin idarəolunan USS Spruance raketli esminesi Oman körfəzindəki TOUSKA-nı ələ keçirib və dayanmaları üçün xəbərdarlıq etdi. İran ekipajı tabe olmaqdan imtina edib, buna görə gəmimiz mühərrik otağında bir deşik açaraq onları yerində dayandırdı", - Tramp İran gəmisinin gövdəsinin necə deşildiyini dəqiqləşdirmədən yazıb.

O əlavə edib ki, TOUSKA ABŞ dəniz piyadalarının nəzarəti altındadır. "Biz gəmiyə tam nəzarət edirik və onu araşdırırıq", - Amerika Prezidenti fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb. 

Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin