Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Hazırda oxunan: Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

608138

Xəbər verdiyimiz kimi, Füzuli rayonunda 2 hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən faciəvi şəkildə həyatlarını itirən 36 yaşlı Əli Vəliyev və 26 yaşlı Mirqəşəm Talıbovun fotolarını təqdim edir:

Qeyd edək ki, qəza dünən səhər rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub. 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatlarını itirib.
 

Qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Məlumata görə, həyatlarını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Fotoda: Əli Vəliyev


Fotoda:
Mirqəşəm Talıbov


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin