Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 2000 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.
Dindirilmə zamanı M. Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:32 / 18.04.2026
Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? – VİDEO
Hazırda oxunan: Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? – VİDEO
Hazırda oxunan: Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? – VİDEO
607881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































