Qusarda oğul ona araq satmadığına görə anasını DÖYDÜ

Hazırda oxunan: Qusarda oğul ona araq satmadığına görə anasını DÖYDÜ

607871

Qusarda oğul arağa görə anasını döyüb.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.

39 yaşlı Yusif Əsgərov (ad və soyad şərtidir) səhər saatlarında kənd ərazisində qardaşına məxsus marketdən araq alaraq içib. O, sərxoş halda günorta saatlarında yenidən həmin marketə gələrək araq almaq istəyib. Lakin marketdə satıcı qismində olan anası ona araq satmaq istəməyib.
 

Bu səbəbdən ana və oğul arasında mübahisə düşüb. Mübahisə zamanı oğul şillə, yumruq zərbələri ilə anasının sifət və baş nahiyələrinə vuraraq, xəsarətlər yetirib. Bu əməlinə görə o saxlanılıb və barəsində cinayət işi açılıb.


Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin oğlu ilə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Yusif Əsgərov 1000 manat məbləğində inzibati qaydada cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin