Yenidoğulanlar dünyanı ağ-qara görür? – Körpələr haqqında miflər və doğrular

Hazırda oxunan: Yenidoğulanlar dünyanı ağ-qara görür? – Körpələr haqqında miflər və doğrular

607854

Yenidoğulan körpələr haqqında kifayət qədər miflər mövcuddur. Körpələrin görmə qabiliyyətinin zəif olduğuna, heç nə başa düşmədiklərinə, iy bilməmələri və s. insanlar arasında dildən-dilə dolaşır.

Bəs bunların hansı doğrudur?

Bizim.Media
körpələr haqqında doğru və yalanları araşdıraraq təqdim edir:

Körpələr dünyanı tərs və ağ-qara görürlər

Ən qədim miflərdən biridir. Pediatrlar əmin edir ki, körpənin gözündə qüsur yoxdursa, hər şeyi normal və rəngli görür, sadəcə bu rənglərin onun üçün elə bir xüsusi əhəmiyyəti yoxdur.

Yeni doğulmuş körpənin diqqəti yaxınlıqdakı bölgə ilə, yəni ananın sinəsindən üzünə qədər olan məsafə ilə məhdudlaşır. Bundan kənara çıxan hər şeyi onun beyni hələ ki bulanıq fon kimi qəbul edir.

Körpə ilk həftədə yalnız anasının səsini tanıyır

Bəli, bu doğrudur. O bu səsi 9 ay boyunca mütəmadi olaraq eşidib. Bu müddət ərzində ata və digər yaxın qohumların səsini eşitsə də, reflektiv olaraq yalnız bağlılıq olduğu insanın səsi ona tanış gəlir. Hətta ilk aylarda körpə anasının səsini eşidəndə onların ürək döyüntüsü sürətlənir.

Ümumiyyətlə körpələr qəfil səsdən hürkürlər, amma bütün səslər arasında körpələr xüsusən qadın səsinə üstünlük verirlər. Onlar anlayır ki, anası da bu səslərdən biridir. Bu, sağ qalma ilə əlaqəli fitri bir mexanizmdir.

Körpələr onlarla “uşaq dili ilə danışan” böyüklərə qıcıqlanırlar

Yanlışdır. İnsanlar təbii olaraq körpə gördükdə yumşalırlar, mülayim səslə, təbəssümlə, onların anlaya biləcəyi sadə dillə danışırlar. İntuitiv olaraq daha hamar intonasiyadan və bir az qaldırılmış tondan istifadə edirik. Bu, yalnız qadınlar üçün deyil, həm də kişilər üçün xarakterikdir. Bu tip nitq körpənin məlumatı daha yaxşı qavramasına kömək edir və səhv və ya pis vərdiş deyil.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin