Bu insanlara pəhriz saxlamaq qətiyyən olmaz – Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu insanlara pəhriz saxlamaq qətiyyən olmaz – Həkimdən XƏBƏRDARLIQ

607842

Aclıq öd kisəsinin düşmənidir. Uzun müddət yemək yeməmək öd durğunluğuna, daş əmələ gəlməsinə və vəziyyətin ağırlaşmasına səbəb ola bilər.

Bizim.Media Rusiya KİV-ə isrinadla xəbər verir ki, oruc, pəhriz və nizamsız yeməklər əvvəldən öd yolları problemləri olan insanlar üçün xüsusilə təhlükəlidir.

Qastroenteroloq Tatyana Qolovçanskaya xəbərdarlıq edir: "Fəsadların qarşısını almaq üçün az-az yemək vacibdir və bəzi insanlar aclığa dözməməlidir."

Həkim bildirir ki, xüsusən də 35 yaşdan yuxarı qadınlara olmaz. Bu yaşda bədəndə hormonal dəyişikliklər başlayır.

Qastroenteroloq Qolovçanskaya vurğulayır ki, buna görə də "Daha az yeyəcəyəm və daha tez arıqlayacağam" fikri bu kontekstdə işləmir. Öd kisəsi üçün daha fizioloji seçim müntəzəm olaraq, kiçik porsiyalarla yeməkdir.

Həkim əlavə edib ki, ödqovucu dərmanlar qəbul etmək, pəhriz əlavələri, təmizləyici, onikibarmaq bağırsağın intubasiyası əksər hallarda mənasızdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin