Lənkəranda ZƏNCİRVARİ QƏZA – Yeddi nəfər yaralandı

Hazırda oxunan: Lənkəranda ZƏNCİRVARİ QƏZA – Yeddi nəfər yaralandı

607808

Lənkəranda zəncirvari yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Separadi kəndindən olan 1996-cı il təvəllüdlü Elmar Cəfərli idarə etdiyi “Renault” markalı avtomobillə hərəkətdə olarkən, Vilvan kənd sakini, 2002-ci il təvəllüdlü Şərif Hüseynzadənin sürdüyü “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmanın təsirindən “Toyota Prius” daha bir “Toyota” markalı avtomobilə dəyib.

Hadisə zamanı hər iki sürücü də daxil olmaqla ümumilikdə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan Ramil Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 

Sabutay, Bizim.Media, Cənub bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin