Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bizim.Media xəbər verir ki, xidmətdən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində, Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında
Qax rayonunun Qazmalar kəndi ərazisində, Qax rayonunun Tasmalı kəndi yaxınlığında, Oğuz rayonunun Filfilli kəndi ərazisində və Oğuz rayonunun Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 17.04.2026
Təbiətə 133 mindən çox ziyan vuruldu
Hazırda oxunan: Təbiətə 133 mindən çox ziyan vuruldu
Hazırda oxunan: Təbiətə 133 mindən çox ziyan vuruldu
607753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































