Koronavirusun ÖZÜ getdi, İZİ qaldı - Virusdan sonra daha betər problemlər yaranıb

Hazırda oxunan: Koronavirusun ÖZÜ getdi, İZİ qaldı - Virusdan sonra daha betər problemlər yaranıb

607459

Bir neçə il öncə dünyanın kabusuna çevrilmiş COVID-19, indiyə qədər də özünü müxtəlif formalarda göstərir. Amma əvvəlki kimi təhlükəli olmasa da, onun özündən sonra qoyduğu fəsadlar digər problemlərə yol açıb. Son müşahidələr göstərir ki, koronavirus keçirmiş xəstələr sağaldıqdan sonra digər bir illətə - alletgiyaya yoluxurlar.

Amma bu, bizim bildiyimiz allerdiya deyil, psevdoallergiyadır. Daha sadə dillə desək, saxta allergiya. Psevdoallergiya allergiyaya bənzər simptomlar verən, amma ondan fərqlənən bir narahatlıqdır. Əsas fərq allergiyada immun sisteminin pozulmasıdır, psevdoallergiyada isə immun sistemi əsas rol oynamır, sadəcə histamin səviyyəsi artır.

Həkim-allerqoloq Sevinc Seyidovanın Bizim.Media-ya verdiyi məlumata görə,  infeksiyanın yaratdığı iltihabi proseslər selikli qişaları sıradan çıxarır:

“Koronavirusdan sonra çox insanda dəridə, əsasən selikli qişalarda, yumşaq toxumalarda həssaslıq müşahidə olunur. Toz, soyuq hava və ya kəskin qoxular kimi ümumi qıcıqlandırıcılar allergiyaya bənzər reaksiyalara səbəb olur. Buna immun sistemində yaranan hiperaktivlik deyirlər”.

Həkim diqqətə çatdırır ki, eynilə allergiyaya xarakterik simptomlar: burun tıxanıqlığı, asqırma, qaşınma, boğaz qıcıqlanması və sulu, qızarıq gözlər müaşahidə olunur.  

“Koronavirus kimi ağır xəstəlikdən sonra orqanizmdə dəyişikliklərin olacağı qaçılmaz idi. Qəbul edilmiş dərmanların da təsiri az deyil. Qida və yuyucu vasitələrə qarşı həssaslıq, eləcə də dözümsüzlük yaranır. Ona görə də qıcıqlandırıcı məhsullardan uzaq durmaq lazımdır”.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin