Fevralın 28-i saat 08:00-dan aprelin 15-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3546 nəfər təxliyə edilib.
Bizim.Media xəbər verir ki, təxliyə olunanların 620 nəfəri Azərbaycan vətəndaşıdır.
Təxliyə olunanlar arasında 738 Çin, 384 Rusiya, 294 Hindistan, 198 Banqladeş, 195 Tacikistan, 152 Pakistan, 137 İran, 118 İndoneziya, 84 Oman, 57 Əlcəzair, 46 İtaliya, 30 Almaniya, 27 Kanada, 26 İspaniya, 25 Fransa, 25 Qazaxıstan, 21 Gürcüstan, 21 Yaponiya, 18 Səudiyyə Ərəbistanı, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 16 Polşa, 14 İsveçrə, 13 Nigeriya, 13 Belerus,
12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela, 6 BƏƏ, 6 Finlandiya, 6 Slovakiya, 6 Belçika, 6 Qırğızıstan, 6 Rumıniya, 6 Çexiya, 6 Avstraliya, 6 Avstriya, 5 Serbiya, 5 Türkiyə, 5 İsveç,
5 Əfqanıstan, 5 Vyetnam, 5 Yunanıstan, 4 İordaniya, 4 Filippin, 4 Ukrayna, 4 Şri-lanka, 4 Küveyt, 4 Niderland, 3 Qətər, 3 Xorvatiya, 3 Danimarka, 3 Norveç, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Kipr, 2 Myanma, 2 Misir, 2 Sloveniya, 2 Uruqvay vətəndaşı var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.







Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:04 / 16.04.2026
İrandan Azərbaycana indiyədək təxliyə edilənlərin SAYI – FOTO
Hazırda oxunan: İrandan Azərbaycana indiyədək təxliyə edilənlərin SAYI – FOTO
Hazırda oxunan: İrandan Azərbaycana indiyədək təxliyə edilənlərin SAYI – FOTO
607444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































