Nərgiz Məhəmmədinin vəziyyəti kritikdir - Ailəsindən həyəcan təbili

Hazırda oxunan: Nərgiz Məhəmmədinin vəziyyəti kritikdir - Ailəsindən həyəcan təbili

607408

Həbsdə olan iranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi infarkt keçirdikdən sonra kritik vəziyyətdədir. 

Bizim.Media xəbər verir ki, bu barədə onun qardaşı Həmidrza Məhəmmədi sosial şəbəkə hesabında məlumat verib. 

O bildirib ki, bacısı martın sonlarında keçirdiyi infarktdan sonra ciddi şəkildə zəifləyib və xeyli çəki itirib. Bu vəziyyət ailə üzvləri arasında ciddi narahatlıq yaradıb.

Qeyd olunub ki, həbsxanada göstərilən tibbi xidmət də qeyri-kafidir. Bu məsələ daha əvvəl də onun tərəfdarları tərəfindən gündəmə gətirilib.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 2023-cü ildə İranda qadınlara qarşı ayrı-seçkilik və ölüm cəzasına qarşı mübarizəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb. O, hazırda Zəncan şəhərində yerləşən həbsxanada saxlanılır.

Onun vəkilinin sözlərinə görə, Məhəmmədi fevralın əvvəlində yenidən bir neçə il müddətinə azadlıqdan məhrum edilib və əlavə olaraq iki illik ölkədən çıxış qadağası ilə üzləşib.

Bundan əvvəl yayılan məlumatlarda da onun sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar səsləndirilmiş, xüsusilə təcili kardioloji yardımın zəruriliyi vurğulanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin