“Rahat” marketdən 400 manatlıq yağ OĞURLADI - Kameraya düşdü

Hazırda oxunan: “Rahat” marketdən 400 manatlıq yağ OĞURLADI - Kameraya düşdü

607195

Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən “Rahat” marketdən 400 manatlıq yağ oğurlanıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, kamera görüntüləri və digər sübutlar əsasında oğurluğu törətmiş 1989-cu il təvəllüdlü S.İsmayılov (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb.
 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsinə əsasən protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə S.İsmayılov hadisə vaxtı sərxoş olduğunu, törətdiyi əməlin mahiyyətini dərk etmədiyini bildirib.


Marketin müdiri isə dəymiş zərərin ödənildiyini və şikayətçi olmadıqlarını qeyd edib.

Bunu nəzərə alan məhkəmə icraata xitam verib və 37 yaşlı kişi inzibati məsuliyyətdən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin