Qarabağın ilk şəhidləri: Əli və Bəxtiyar - VİDEO

Hazırda oxunan: Qarabağın ilk şəhidləri: Əli və Bəxtiyar - VİDEO

602335
Fevralın 22-si Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günüdür. 
 
Baku TV xəbər verir ki, bu gün Əsgəranda Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid olmasından 35 il ötür.
 
1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi haqqında qətnamə ilə razılaşmayan onminlərlə etirazçı sırasında Ə.Hacıyev və B.Quliyev də var idi.
 
Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət etdilər. Düşmən tərəfindən etirazçılara doğru açılan qəfil atəşlə isə Əli və Bəxtiyar şəhid oldular.
Şəhid Əli Hacıyevin qardaşı Arif Hacıyev bildirib ki, illərdir qardaşının qəbrini tapa bilmir:
 
“Əli Qarağacı qəbiristanlığında dəfn olunmuşdu. İllərdir oranı ziyarət etsəm də, qardaşımın qəbrini tapa bilmirəm. Qəbirlərin hamısını şumlayıb, yerində taxıl əkiblər”.
 
A.Hacıyev torpaqlarımızın işğaldan azad olunmasından sonra Əli və Bəxtiyarın intizarda olan ruhlarının azadlığa qovuşduğunu deyib.
 
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin