Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutu İctimai Birliyi adlı yeni təşkilat yaranıb.
Təşkilatın məqsədi isə orduya ictimai nəzarəti həyata keçirməkdir.
Bu haqda təşkilatın rəhbəri Məhəmməd Əsədullazadə Moderator.az-a məlumat verib. M. Əsədullazadənin sözlərinə görə, ictimai birlik ehtiyatda olan hərbçilərlə birgə oktyabrın 11-də təsis edilib:
“Birliyimizin İdarə Heyəti artıq formalaşıb. Biz qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmişik. Qeydiyyatdan keçdikdən sonra əməli fəaliyyətə başlayacağıq. Məqsədimiz Azərbaycan xalqı ilə silahlı qüvvələr arasında əlaqə yaratmaq və orduya sivil nəzarət etməkdir. Ordu sahəsində yaranan problemləri yerində həll etmək də bizim məqsədlərimiz sırasında yer alır. Azərbaycanda hərbi vətənpərvərlik ruhu aşağı səviyyədədir. Biz Azərbaycan məktəblərində hərbi dərslərin gedişini intensiv şəkilə saldırmağa çalışacağıq.
Biz Azərbaycan ordusunun NATO standartlarına uyğun formalaşması istiqamətində qəbul olunacaq
qanunlara da dəstək verəcəyik. Həmin qanunların da qəbul olunması üçün birgə komissiyalar
yaradıb hökumətlə əməkdaşlıq edəcəyik. Biz muharibə şəraitindəyik və konfilikt həllini tapmayana qədər eskalasiyanın vaxtını və mümkünlüyünü istisna edə bilmərik. Əgər müharibə başlayarsa, biz ictimai birlik olaraq silahlı qüvvələrin yanında olacaq vətəndaşları hərbi vətənpərvərlik ruhunda, müharibə əhval -ruhiyyəsinə hazırlamaq üçün geniş təbliğat-təşviqat işləri aparacağıq.
İkinci dünya müharibəsində SSRİ-nin qələbə çalmasında psixoloji durumun yüksək səviyyədə olması böyük rol oynayıb. Bizim birliyin çox böyük kadr potensialı var. Bu kadr potensialı hüquqşünaslar və ehtiyatda olan zabitlərdən ibarətdir. Bu zabitlərin arasında Abbas İsmayılov, Elnur Ağarzayev və başqaları var. Biz həmçinin Sülh və Əməkdaşlıq İnstitutuyuq. Buna görə də çalışacağıq ki, regionda sülh və təhlükəsizlik bərqərar olsun. Biz Ermənistanı çıxmaq şərti ilə Gürcüstan və digər region ölkələri ilə sıx əməkdaşlıq edəcəyik. Ancaq bizim fəaliyyətimiz hüququ müstəvidə olacaq."








































































































