Samir Şərifov maaş və pensiya artımındanxa0DANIŞDI

Hazırda oxunan: Samir Şərifov maaş və pensiya artımındanxa0DANIŞDI

587830
“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsindən ayrılır”.
 
Moderator.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
 
Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını söyləyib.
 
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edən artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.
 
Bundan əlavə, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin