“Fatmeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatı ləğv edildi

Hazırda oxunan: “Fatmeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatı ləğv edildi

46882

Bakıdakı “Fatmeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatı məhkəmə yolu ilə ləğv edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, komitə 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək sözü gedən dini icmanın dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırıb. 

Bakı İqtisadi-İnzibati Məhkəməsi iddianı təmin edərək “Fatmeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatını ləğv edib. 
Məhkəmənin qərarı ilə razılaşmayan “Fatmeyi-Zəhra” dini icması Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda iş Bakı Apellyasiya məhkəməsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin