Mühacirin mənəvi borcu”¦

Hazırda oxunan: Mühacirin mənəvi borcu”¦

46542

”žAzərbaycan Miqrasiya Mərkəzi“nin rəhbəri, tanınmış hüquqşünas Əlövsət Əliyev bir müddətdir ki, səhhəti ilə bağlı Almaniyada müalicə olunur  və o fürsətdən istifadə edərək Avropada yaşayan soydaşlarımızın problem və qayğılarını Moderator.az-a yazıb göndərib, eyni zamanda onlara bir çağırışda da bulunub:

 

”žAzərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından azərbaycanlı hesab edən şəxslər Azərbaycanlılar hesab olunur. Hansı statusla yaşamasından və hakimiyyətlə olan münasibətindən asılı olmayaraq xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının dövlət müstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmlənməsinə, yaşadıqları ölkədən asılı olmayaraq orada olan bütün vətəndaşlar arasında faydalı münasibətlərin inkişafına yardım etməlidirlər. Hətta Azərbaycandakı hakimiyyət tərəfindən himayə edilməyən və təqib edilən insanlar da bu istiqamətdə fəaliyyətə cəlb olunmalıdırlar. Digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılar da bu kimi fəaliyyətə cəlb edilməlidirlər. Onlar birlikdə mədəni irsin və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində fəaliyyət göstərməlidirlər. Azərbaycan Respublikasınıın müvafiq icra hakimiyyəti orqanı xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini və qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir. Bu gün Qərbi Avropada məskunlaşanların böyük əksəriyyəti mövcud hakimiyyətin apardıgı siyasətin qurbanları olanlar və ya özlərini bu hakimiyyətin qurbanı hesab edən şəxslərdır (təhsil, ailə birləşməsi proqramları, ezamiyyətdə olanlar və diplamatik korpusların əməkdaşları nəzərdə tutulmur). Hər halda hec kim konüllü olaraq öz isti ocagını qoyaraq qacqın həyatını seçməz. Bu gün qaçqın statusu üçün müraciət edənləri birləşdirən əsaslardan biri də hakimiyyətdən narazılıqdır. Onu da nəzərinizə çatdırıram ki, heç bir ölkə qaçqın statusu vermək üçün Azərbaycanla baglı kvota müəyyən etməyib. Ölkəsinin himayəsindən istifadə etmək imkanı olmayan və ya müəyyən əsaslı qorxuya görə bunu etmək istəməyənlər də var. Normalda biz bir-birimizlə dost olmalı,yerli şəraitə inteqrasia üçün coxsalı layihələr işləməli, məskunlaşdıgımız ölkənin dilini, adətlərini, qanunlarını öyrənməli, mükəmməl təhsil üçün birlikdə çalışmalıyıq. Bunu bacarmadıqda isə sakitcə hərə öz işini davam etdirməli, öz həyatını yaşamalı, başqalarının işlərinə və həyatına pis mənada müdaxilə etməli deyil, onlarla baglı yazı- pozuya vaxt sərf etməli deyil. Axı bizimlə paralel Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan, Suriya kimi ölkələrin vətəndaşları da Avropada məskunlaşıblar. Lakin əcnəbi vəkillər və dövlət orqanlarının əməkdaşları yalnız Azərbaycan vətəndaşları arasında bu tipli işlərin olmasını qeyd edirlər və dəfə belə məlumatı eşidəndə utanmaqdan başqa əlimdən bir şey gəlmir. Bir-birimizi utandırmaq kimi vərdişlərə son qoymalıyıq."

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin