Şəkidə fəaliyyət göstərən Bəxtiyar Vahabzadə ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli bu mükafata əlamətdar gündə, 65 illik yubileyində təqdim edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin ev muzeyi fəsaliyyətə başlayan gündən ona rəhbərlik edən Elşən Zəkəriyyəbəyli, həm də şairin tədqiqatçılarından sayılır.
Şəkinin zəngin ədəbi-mədəni irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində əvəzsiz xidmətləri olan Elşən Zəkəriyyəbəyli əlamətdar gündə, yəni 65 illik yubleyində Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Türk Dünyasının Fəxri Mədəniyyət Xadimi" fəxri adına və Beynəlxalq Qızıl Ulduz Medalına layiq görülüb.
Xatırladaq ki, Şəkidə bir çox dünya və ölkə əhəmiyyətli tarixi memarlıq abidələri və 10 yaxın muzey var.
Bu muzeylər sırasında ən gənci isə Bəxtiyar Vahabzadənin ev muzeyidir. Elşən Zəkəriyyəbəyli isə Şəkidən bu Beynəlxalq mükafata layiq görülən ilk xadimdir.



Tural Rasimoğlu, Bizim.Media. Şimal-Qərb bürosu




































































































