Şəkidə Sabit Rəhmanın ev-muzeyinin yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Sabit Rəhmanın ev-muzeyinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Şəki şəhər Komitəsinin dəstəyi ilə keçirilən tədbiri muzeyin direktoru Pərvanə İskəndərova açaraq müəssisənin 25 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə ərsəyə gətirilən “Muzey və teatr arxasında tarixi izlər” adlı sərgi ilə tanış olublar.
Daha sonra Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında Emin Sabitoğlunun bəstələrindən ibarət musiqi nömrələri təqdim edilib.




Tural Rasimoğlu, Bizim.Media, şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:45 / 01.07.2026
Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR
Hazırda oxunan: Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR
Hazırda oxunan: Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR
622720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































