33 il sonra nəşi tapılan şəhid doğma yurdunda DƏFN olundu – FOTO - VİDEO

Hazırda oxunan: 33 il sonra nəşi tapılan şəhid doğma yurdunda DƏFN olundu – FOTO - VİDEO

622622

Bu gün Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunub. İtkin şəhidlərdən biri Xaçmaz rayonunun Köhnə Xudat kəndində dünyaya göz açan Yarməmməd Məqsud oğlu Nuriyevdi.

1993-cü ilin oktyabrında itkin düşən, şəxsiyyəti 33 il sonra müəyyənləşdirilən şəhidin nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib.

Xaçmaz rayon icra başçısı Elnur Rzayev şəhidin nəşinə bükülmüş Azərbaycan bayrağını Yarməmməd Nuriyevin qardaşı Fizəhməd Nuriyevə təqdim edib, digər şəhidlər kimi onun da xatirəsinin həmişə dövlət səviyyəsində uca tutulacağını deyib.

Müdafiə Nazirliyinin hərbi orkestri Azərbaycanın Dövlət Himnini ifa edib və şəhid Yarəhməd Nuriyevin xatitəsinə 3 dəfə yaylım atəşi açıb.

Şəhid Yarməmməd Maqsud oğlu Nuriyev doğulduğu Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Yarməmməd Nuriyevin qalıqları uzun illər İmişli rayonu ərazisində naməlum əsgər kimi dəfn olunmuşdu. Ekspertiza nəticələri təsdiqləndikdən sonra bu barədə ailəyə rəsmi məlumat verilib.
 





Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin