Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Hazırda oxunan: Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

622770

Dünya okeanının səthinin temperaturu 2023 və 2024-cü illərin analoji dövründə qeydə alınan göstəriciləri üstələyərək yeni rekord səviyyəyə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Avropanın "Copernicus" İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına istinadən xəbər yayıb.

Ekspertlərin məlumatına görə, iyunun 21-də qütb bölgələrindən kənarda okean səthinin temperaturu ilin bu vaxtı üçün tarixi maksimumu yeniləyib.
 

Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu vəziyyət hava şəraitinə, qlobal iqlimə və dəniz ekosistemlərinin vəziyyətinə təsir göstərə bilər. Son onilliklərin ən güclülərindən biri olacağı proqnozlaşdırılan "El-Nino" təbiət hadisəsinin gözlənilən inkişafı narahatlığı daha da artırır.


Alimlər qeyd ediblər ki, okeanlar Yer kürəsinin iqlim sistemindəki artıq istiliyin 90%-dən çoxunu udur və bunun əsas səbəbi qazıntı yanacaqlarının istifadəsidir. Onların məlumatlarına görə, okeanların istiləşməsi sürətlənməyə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin