Sumqayıtda evdən cansız bədən TAPILDI

Hazırda oxunan: Sumqayıtda evdən cansız bədən TAPILDI

622739

Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə şəhərin "birləşmiş məhəllələr" adlanan ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü İlqar Allahverdiyevin cansız bədəni yaşadığı evdə aşkarlanıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyitə ilkin baxış keçirilib və müvafiq prosessual tədbirlər həyata keçirilib.
 

Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.


Faktla bağlı müvafiq ekspertizalar təyin edilib və hadisənin bütün təfərrüatları araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin