Türkiyənin "F-16" qırıcıları 35 terrorçunu MƏHV ETDİ

Hazırda oxunan: Türkiyənin "F-16" qırıcıları 35 terrorçunu MƏHV ETDİ

622681

Türkiyə Hərbi Hava Qüvvələri Somali təhlükəsizlik qüvvələri ilə birgə bu ölkənin Aşağı Şabellə (Lower Shabelle) bölgəsində "Əş-Şəbab" terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Reyd zamanı Türkiyəyə məxsus "F-16" qırıcıları terrorçuların gizləndiyi mağaralara və silah-sursat anbarlarına dəqiq aviazərbələr endirib. Hava hücumları nəticəsində qruplaşmanın 35-ə yaxın yaraqlısı məhv edilib, həmçinin terrorçulara məxsus bir neçə minalanmış avtomobil sıradan çıxarılıb.

Qeyd edək ki, Türkiyə uzun illərdir Somalidə aktiv hərbi mövcudluğa malikdir.

Ölkənin xaricdəki ən böyük hərbi bazası məhz Somalidə yerləşir və burada yerli təhlükəsizlik qüvvələrinə peşəkar təlimlər keçirilir. Terrorizmlə mübarizə çərçivəsində bu cür birgə hava zərbələrinin endirilməsi artıq mütəmadi xarakter alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin