Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin ABŞ istehsalı olan hərbi sistemlərdən və silahlardan imtina etmək niyyətində olması barədə iddialara qəti şəkildə aydınlıq gətirib. Nazir Berlinin Vaşinqtonla hərbi-texniki tərəfdaşlığı qorumaqda və daha da gücləndirməkdə qərarlı olduğunu vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri bəyanat yayıb.
B.Pistorius Almaniyanın ABŞ-ın müdafiə sənayesi ilə sıx əlaqələrini davam etdirəcəyini və hərbi sahədə müstəqilliyi artırmağın ABŞ-dan uzaqlaşmaq mənasına gəlmədiyini bildirib:
"Bu, belə deyil və gələcəkdə də belə olmayacaq. Biz Amerika müdafiə sənayesi ilə çox sıx əməkdaşlıq edirik və bunu davam etdirmək istəyirik. Hazırda bizdə sadəcə mövcud olmayan və ya tam gücü ilə istifadə edə bilmədiyimiz, lakin yaxın 5-10 il ərzində bizə kəskin şəkildə lazım olacaq sistemlər var.
ABŞ-dakı istehsal güclərinin məhdud olduğunu və onların təcili surətdə genişləndirilməsinə ehtiyac duyulduğunu bilirik. Məhz bu səbəbdən müəyyən sistemlərin və ya onların komponentlərinin burada, Almaniyada istehsal olunmasında çox maraqlıyıq. Artıq bunun bir nümunəsi var – “F-35” qırıcılarının füzelyaj hissələrinin istehsalı. Biz digər layihələri də reallaşdırmaq niyyətindəyik. Məqsədimiz amerikalılarla sıx əməkdaşlıqdan imtina etmədən, daha böyük müstəqilliyə nail olmaqdır", — deyə nazir qeyd edib.
Qeyd edək ki, bu bəyanat Almaniyanın öz ərazisində ABŞ-la birgə "Tomahawk" və "Patriot" raketlərinin istehsalına başlamaq üçün Vaşinqtonla danışıqlar aparması barədə yayılan xəbərlərin ardınca verilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:49 / 01.07.2026
Pistorius: "Heç vaxt Amerika sistemlərindən imtina etməmişik”- VİDEO
Hazırda oxunan: Pistorius: "Heç vaxt Amerika sistemlərindən imtina etməmişik”- VİDEO
Hazırda oxunan: Pistorius: "Heç vaxt Amerika sistemlərindən imtina etməmişik”- VİDEO
622677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































