Mənzilində faşist bayrağı asan fransalı gənc həbs olundu

Hazırda oxunan: Mənzilində faşist bayrağı asan fransalı gənc həbs olundu

41379
Son vaxtlar bəzi ölkələrdə olduğu kimi, Fransada da gənclər sağ ekstremistlərin təsiri altına düşərək faşizm ideyaları ilə yaşayır, onların simvollarını təbliğ edirlər. Fransanın Almaniya ilə həmsərhəd olan Alzas regionunun Ba-Reyn departamentində 20 yaşlı gənc fransız alman faşistlərinin bayrağını yaşadığı mənzilin küçəyə açılan pəncərəsindən asıb. 

Onun bu hərəkəti yerli sakinlərin qəzəbinə səbəb olub. Sakinlərin şikayəti əsasında polis həmin gənci həbs edib. 

Musheim şəhər məhkəməsi gənci 80 sutka azadlıqdan məhrum edib. 

Yerli prokurorluq nümayəndəsi, sağ ekstremist qüvvələrin gənclər arasında faşizm ideyalarını təbliğ etdiyini deyib. Gənc fransızların bir çoxunun onların təsiri altında düşmələrindən narahatlığını ifadə edən həmin şəxs bildirib ki, bunun qarşısı alınmasa, cəmiyyət gələcəkdə daha ağır nəticələrlə üzləşəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin