Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

35537

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi səlahiyyətlərini icra edən general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Moderator.az-a  SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

 

Noyabrın 16-sı  saat 10:00-da SHÇDX-nin Sumqayıt şəhər İdarəsinin inzibati binasında (Sumqayıt şəhəri, 4 mkr.C.Cabbarlı küç. 4) keçiriləcək qəbulda Sumqayıt  şəhər və Abşeron rayon sakinləri iştirak edə bilər.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar noyabrın 15-dək SHÇDX-nin Sumqayıt şəhər İdarəsinə və Abşeron rayon şöbəsinə müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin