Seçki günü qaynar xətt fəaliyyət göstərəcək

Hazırda oxunan: Seçki günü qaynar xətt fəaliyyət göstərəcək

34937

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycanda 9 oktyabr Prezident seçkisi günündə media işçilərinin fəaliyyətinin effektiv monitorinqini təmin etmək üçün qaynar xətt elan edib. 

Qurumun mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, təşkilatın sədri Azər Həsrət şəxsən prosesə rəhbərlik edəcək. Gün ərzində media qurumlarının təmsilçiləri qarşılaşdıqları problemlər, həmçinin seçki prosesinin izlənməsi ilə bağlı ortaya çıxan anlaşılmazlıqlar haqqında bilgi almaq üçün CASCFEN-in qaynar xəttinə müraciət edə bilərlər. 

Azər Həsrət bildirib ki, seçki prosesinin media təmsilçiləri üçün də sakit bir ortamda keçməsindən ötrü onlara təxirəsalınmaz hüquqi yardım edilməsi, eyni zamanda ortaya çıxa biləcək problemlərin anında həlli  vacib məsələdir. 

Qeyd edək ki, CASCFEN-in 9 oktyabrda gün boyu fəaliyyət göstərəcək qaynar xətti ilə əlaqə saxlamaq üçün aşağıdakı vasitələr təqdim edilir: 

Mobil telefon: +994 70 335 2795

e-poçt: [email protected]

Facebook: facebook.com/cascfen 

Müraciətlər həm də ingilis, rus və türk dillərində edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin