Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb

Hazırda oxunan: Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb

34850
DİN-in Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün paytaxtda keçirdiyi mitinqlə bağlı bəyanat yayıb.

BŞBPİ-dən apa-ya verilən məlumata görə, bəyanatda deyilir ki, oktyabrın 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:30-dan 17:30-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin