Fəzail Ağamalı müəllimləri təbrik etdi

Hazırda oxunan: Fəzail Ağamalı müəllimləri təbrik etdi

34847

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Müəllim Günü münasibətilə Azərbaycan müəllimlərini təbrik edib. Partiyanın mətbuat xidmətindən Moderator.az-a daxil olan təbrikdə deyilir:

"Əziz müəllimlər!

Sizin hər birinizi Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edir, can sağlığı və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram!

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür. Həyatımızda müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhmətini və xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı və bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik  insanlar yetişir.  Bu insanlar isə cəmiyyəti  idarə edir  və yüksək zirvələrə qaldırırlar.

Müstəqil Azərbaycan dövlətinin yaradılmasında və möhkəmləndirilməsində xidməti olan hər bir insanın arxasında müqəddəs müəllim əməyi dayanır. Bütün peşələrin fövqündə dayanan müəllimlik sənəti bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilməkdədir.

Dəyərli peşə daşıyıcıları! Sizi bir daha səmimi qəlbdən təbrik edir, çətin və şərəfli vəzifənizdə yüksək nailiyyətlər diləyirəm". 

Dərin hörmətlə,

Fəzail Ağamalı,                                                                                                    

Ana Vətən Partiyasının sədri,

Millət vəkili.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin