Baş prokuror, hər hansı bir qanunsuz hərəkətin qanunun gücü ilə aradan qaldırılacağını deyib: “Bu gün ölkə ərazisində seçki prosesi davam edir. Bütün namizədlər üçün lazımi şərait yaradılıb. Əflan İbrahimovun ərizəsindən və təqdim etdiyi bəzi sənədlərdən görünür ki, Milli Şura tərəfindən seçki öncəsi və seçkidən sonra bəzi qanunsuz addımlar atılıb. Bu şikayətin bizim tərəfimizndən araşdırılması çox ciddi şəkildə davam etdirirlır. Hər kəs bilməlidir ki, hər hansı qanunsuz hərəkət baş versə, qanunun gücü ilə onun qarşısı alınacaq”.
Qeyd edək ki, Milli Şuaranın sabiq sədr müavini olan Əflan İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın üzvlərini ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmaqda ittiham edib. O Milli Şura üzvlərini Azərbaycanın müxtəlif yerlərində seçki ərəfəsində iğtişaşlar törədilməkdə günahlandırıb.
Moderator.az





































































































