Prezident İlham Əliyev açılışda

Hazırda oxunan: Prezident İlham Əliyev açılışda

34549
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası Dövlət Proqramının icrası qaydasında, milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində inşa edildiyi diqqətə çatdırılıb. 

Yeni binanın layihə işləri “S Modus” MMC, inşaat işləri isə “Continental Construction and İndustrial Co” ASC tərəfindən həyata keçirilib. 5 və 7 mərtəbəli iki korpusdan, habelə 3 mərtəbəli yardımçı buna və yeraltı qarajdan ibarət binanın inşasına 2010-cu ilin avqust ayında başlanılıb. 

Prezident İlham Əliyev “161-Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış olub. 
Binanın 6-cı mərtəbəsindəki konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırılıb ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda idarə əməkdaşlarına Baş Prokurorluğun iclaslarına, müşavirələrinə birbaşa qoşulmaq və videokonfransların keçirilməsi imkanı vardır.

Dövlət başçısı daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təhciz olunmuş otaqlarla tanış olub.

Binanın 1-ci mərtəbəsindəki dindirmə otaqlarında zərərçəkmiş, şahid və cinayət prosesinin digər iştirakşılarının iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb, otaqlar zəruri avadanlıqlarla, o cümlədən videoçəkiliş və digər texniki vasitələrlə təhciz edilib

Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin kollektivinə uğurlar arzulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin