Eldar Əzizov Bayraq Meydanını genişləndirmək niyyətindədir

Hazırda oxunan: Eldar Əzizov Bayraq Meydanını genişləndirmək niyyətindədir

34262

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtdakı Bayraq Meydanının ərazisini genişləndirmək fikrinə düşüb. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Artıq bununla bağlı ilkin plan-layihələrin hazırlanmasına start verildiyini qeyd edən mənbənin sözlərinə görə, icra başçısının bu istəyi yeni söküntülərə, habelə bəzi yolların ləğvinə səbəb ola bilər: “Sumqayıtdakı Bayraq Meydanının genişləndirilməsi ilə əlaqədar olaraq ilkin hazırlıq işlərinə start verilsə də, bütövlükdə bunun üçün imkanlar kifayət qədər məhduddur. Çünki Bayraq Meydanının ətrafını magistral yol və yaşayış binaları təşkil edir. Bu isə o deməkdir ki, E.Əzizovun Bayraq Meydanını genişləndirmək arzusu məlum yol və mənzillərin ləğvi hesabına reallaşa bilər. İcra başçısının bir müddət bundan öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısından keçən, şəhərin ən işlək magistral yollarından biri sayılan yolu həmişəlik qapatması, E.Əzizovun bu kimi “xırda itkilərə” əhəmiyyət vermədiyini göstərir. Bu baxımdan E.Əzizovun minlərlə insanın narahatlığı bahasına olsa belə öz istəyini praktiki baxımdan gerçəkləşdirməsi mümkündür. E.Əzizovun Bayraq Meydanını genişləndirməkdə məqsədi gələcəkdə burada daha geniş və dəbdəbəli bayram şənlikləri, böyük şoular təşkil etməkdir”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin