Sentyabrın 23-də səhhəti pisləşdiyindən Bakıda xəstəxanaya yerləşdirilən AXCP Ali Məclisinin sədri Həsən Kərimov prezident seçkisindən sonra müalicə üçün Türkiyəyə getmək fikrindədir.
Həsən Kərimov deyib ki, hazırda Elmi-Tədqiqat Kardiologiya İnstitutundadır: “Səhhətim getdikcə düzəlir. Seçki bitdikdən sonra müalicə üçün Türkiyəyə getmək istəyirəm. Ancaq həkimimlə də məsləhətləşəcəm”.



































































































