Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Moderator.az-a verilən xəbərə görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 18-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 10-da Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı 2 gündə isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir. Sentyabrın 10-dan 13-dək Respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Sentyabrın 10-da şimal-qərb küləyi arabir güclü olacaq. Temperatur 4-7 dərəcə aşağı enəcək.


































































































