Qanlı Yanvarın həkimi: “Qadınlar şəhidlər üçün xonça bəzəyib gətirmişdilər...”

Hazırda oxunan: Qanlı Yanvarın həkimi: “Qadınlar şəhidlər üçün xonça bəzəyib gətirmişdilər...”

255376
Qarşıdan 20 Yanvar hadisəsinin 29-cu ildönümü gəlir. Moderator.az-ın əməkdaşı həmin hadisələrin şahidi, cərrah xanım Rada Abbasla görüşüb.xa0

Qeyd:

Rada Abbas Qarabağ savaşında 1500-dən çox yaralı əsgəri əməliyyat edərək həyata qaytarıb. Otuz yaşında cəbhəyə yollanan gənc xanım, ömrünün beş ilini Qarabağ müharibəsinə həsr edib. Hazırda “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri vəzifəsində çalışır.xa0
xa0
Beləliklə, Moderator.az-ın əməkdaşının Rada Abbasla Qanlı Yanvar haqqında söhbətini təqdim edirik:
xa0
Yazının birinci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz: (//www.moderator.az/news/255263.html)

22 yanvardakı dəfn mərasimi dünyanın gözü qarşısında idi. Qadınlar evlərindən şəhidlər üçün xonça bəzəyib gətirmişdilər. Bunu heç kim təşkil etməmişdi.xa0

Gecəylə KKB “Kamaz”la şəhərdəki meyitləri təmizlədi. İtkin düşən adamlar “Kamaz”da aparılan meyitlərdir və indi də onların hara aparıldığı hələ ki, çoxlarına məlum deyil. Meyitlər Dəniz vağzalından gəmiyə yığıldı ki, it-bata salsınlar, çünki Beynəlxalq məhkəmə sovet hökumətini cəzalandırardı. Meyitlərdən yalnız 156 nəfəri üzə çıxarıldı. O zaman xalq şairi Bəxtiyar Vahabzadə, Ziya Bündayov və digər ziyalılar komissiya təşkil edib yanvarın 23-də mühasirəyə alınan gəmiyə baxış keçirdilər ki, meyitləri tapsınlar. Amma təbii ki, meyitləri gəmidən yoxa çıxarmışdılar.

Sonradan həmin meyitlərdən bir neçəsi Bayıl tərəfdə dənizdən çıxdı. Mart ayında da Mərdəkan çimərliyindən xeyli meyit çıxdı. Onları da yoxa çıxardılar və uzun illər Mərdəkan çimərliyində insanların çimməsinə icazə verilmədi. Bildirildi ki, guya suda bağırsaq çöpü var, amma hamısı həlak olan insanların meyitlərinə görə idi.xa0

xa0Vahid Mustafayev 20 yanvarla bağlı çəkdiyi filmdə Larisanı əxlaqsız bir qadın kimi təqdim etdi. Amma hansı ki, 13 yaşlı Larisa atası Fərmanın yanında yaralanmışdı. Atası xəstəxanada nalə çəkib qışqırırdı ki, “Qızıma güllə dəydi, öldü!”. Fərmanın bir qolu yaralı idi, sınmışdı. Özü yaralanıb yerə yıxılıb və Larisanı tuta bilmədiyi üçün ona güllə dəyərək, onu öldürmüşdü.


Bir xəstə var idi, başından yaralı idi, dedim ki, bu öləcək. Amma yenə, qoy yarasın sarıyım. Bir il sonra 20 yanvar ərəfəsində həmin adamla rastlaşdım. Yaxınlaşıb özü dedi ki, “İndiyə kimi dediyin söz yadımdadır, dedin ki, öləcək, amma, qoy yarasın sarıyım”. Onda başına baxdım ki, tikişin izləri qalıb. Adamları bu cür güllələyirdilər. İnqilab küçəsində 8 meyit var idi, onları sanki, işgəncə verib öldürmüşdülər. Meyitlərin də üzərində işgəncə izləri aşkar edilmişdi.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin