“Bu xəstəliyə qalib gəlmək üçün pozitiv olmuşam və qarşıma məqsəd qoyaraq demişəm ki, sən mənim üçün qripdən ağır xəstəlik deyilsən”
Artıq doqquz aydır ki, xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış vəkil və aparıcıxa0 Zülfiyyə Bayramova xəstəliyinə qalib gəlib.xa0
Bir müddət öncə Türkiyədən müayinədən qayıdan Z.Bayramova Moderator.az-a açıqlamasında əsrin bəlası hesab olunan xərçəng xəstəliyinə necə qalib gəlməsindən danışıb:
“Həm Azərbaycanda, həm də Türkiyədə müayinədən keçdim və həkimlər bildirdilər ki, artıq bədxassəli şiş yoxdur, yəni bundan xilas olduq. Amma kimyaterapiya olunmağımın bir çox orqanlarıma mənfi təsiri olub. Ona görə ağ ciyərimdə, mədəmdə cüzi problemlər yaranıb və həkimlər bildirdilər ki, bunlar da müalicədən sonra düzələcək. Bir ildən sonra tam olaraq hər şey qaydasına düşəcək, amma yenə də hər ehtimala qarşı üç aydan bir müayinədən keçəcəm”.xa0
Z.Bayramova bundan sonra həmişə bu xəstəlikdən əziyyət çəkən insanlara dəstək olacağını bildirib:
“Xərçəng xəstəliyindən əziyyət çəkən insanlarla daim görüşürəm. İndi də bir xəstəyə baş çəkmək üçün hazırlaşıram. Bununla bağlı qarşıma məqsəd qoymuşam. Mən həm də anamı və bacımı da xərçəng xəstəliyindən itirmişəm. Anamla bacım çox zəif oldular. Mən öz üzərimdə eksperiment keçirdim ki, pozitiv olsam, heç nəyi vecimə almasam qalib gələ bilərəmmi. Heç özəl olaraq da qidalanmırdım, elə nə istəyirdim yeyirdim. Artıq saçlarım çıxmağa başlayıb. Keçdiyim ekperimenti bütün onkoloji xəstələrlə paylaşmağı qarşıma məqsəd qoydum, dedim ki, əgər bu uğurlu olarsa, onlar da bundan faydalansın. Şükür ki, istədiyim alındı və hətta türk həkim müayinə edəndə dedi ki, “Qız sən neyləmisən”. Bu xəstəliyə qalib gəlmək üçün pozitiv olmuşam və qarşıma məqsəd qoyaraq demişəm ki, sən mənim üçün qripdən ağır xəstəlik deyilsən. Nə qədər canımda can var, bu xəstəlikdən əziyyət çəkən insanların yanında olacam”.
Vasifxa0 Əlihüseyn





































































































