Könüllülər üçün əmək yarmarkası təşkil edildi

Hazırda oxunan: Könüllülər üçün əmək yarmarkası təşkil edildi

250341
Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib.

Nazirlikdən Moderator.az-a verilən məlumata görə, yüzlərlə gəncin və könüllü təşkilatlarının iştirak etdiyi tədbir çərçivəsində Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən könüllülər üçün əmək yarmarkası təşkil edilib. Yarmarkada 68 müəssisə tərəfindən 299 vakant iş yeri təqdim olunub, vakant iş yerlərinə göndərişlər verilib.

Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Özünüməşğulluq proqramı barədə də tədbir iştirakçılarına məlumat verilib, proqrama cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin