Dənizin səviyyəsi enir: Xəzərsahili ölkələrdə problemlər yarana bilər

Hazırda oxunan: Dənizin səviyyəsi enir: Xəzərsahili ölkələrdə problemlər yarana bilər

249466
Son bir neçə ildir ki, Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. Proses belə davam etsə, Xəzərsahili ölkələrdə bəzi problemlər yarana bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovun sözlərinə görə, 10 ildir ki, Xəzərin səviyyəsində enmə var. Buna əsas səbəb qlobal istiləşmədir.

Çingiz İsmayılov deyir ki, bu, dövrlər üzrə müşahidə olunan bir proesesdir. Qabaqlayıcı tədbirlər görülməsə bəzi sahələrdə problemlər yarana bilər.

Xəzər ətrafında yaranan ekoloji problemlər turizmə də təsir edir. Professorun sözlərinə görə, su səviyyəsinin azalması sahilyanı ölkələr, xüsusən də Rusiya və Qazaxıstan üçün ciddi problemlər yaradacaq.xa0xa0(Xəzər TV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin