“Şükür olsun yaxşıyam, babatam. Hər şey yaxşıdır. Bir ayaqlarım yaxşı yerimir”.
Bunu Moderator.az saytına açıqlamasında bir müddətdir ki, səhhətindəxa0 problem yaşanan tanınmış şair Musa Yaqub deyib. Sevindirici haldır ki, telefon zənginə şairin özü cavab verib. Səhhətini nəzərə alaraq, Musa Yaqubu çox yormaq istəmədik. Lakin hər zaman daxili dünyasının saflığı ilə seçilən Musa Yaqub bu aylar ərzində ona baş çəkən oxucularına, dostlarına təşəkkürünü çatdırıb:
“Sağ olsun, xalq, el, adamlar, onların alqışlarının nəticəsində hər şey yaxşılığa doğru gedir. Hamıya can sağlığı arzulayıram”.
Qeyd edək ki, Musa Yaqub uzun müddətdir ki, doğma Buynuz kəndində (İsmayıllı rayonu) müalicəsini davam etdirir.xa0




























































































