AMEA Mərkəzi Elmi Kitabxanası vəxa0 “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rasim Balayevin 70 illiyi ilə bağlı azərbaycandilli vikipediyada olan məqaləsi dörd dilə çevrilib.
Rasim Balayev haqqındaxa0 AMEA MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin könüllülərixa0 tərəfindən ərəb, fars, gürcü, türk dilli vikipediyalarda məqalələr yaradılıb.xa0
Məqalələr gürcü dilli vikipediyada araşdırmaçı Mehman İbrahimov, ərəb dilli və fars dillixa0 vikipediyada tərcüməçi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.



































































































