Emin Ağalarov ilk dəfə Tiflisdə konsert verdi

Hazırda oxunan: Emin Ağalarov ilk dəfə Tiflisdə konsert verdi

227607

Azərbaycanın xalq artisti Emin Ağalarov ilk dəfə Gürcüstanda konsert proqramı ilə çıxış edib.xa0Moderator.azxa0APA-ya istinadən xəbər verir ki, solo konsert TiflisKonsert Zalında baş tutub.

E.Ağalarov tamaşaçıları gürcü dilində salamlayıb. O, zalın dolu olmasından məmnunluq ifadə edərək, tamaşaçılara təşəkkür edib.

E.Ağalarov deyib ki, Tiflisini çox sevir: "Mən Bakıdanam və sizin qonşunuzam. Əgər azərbaycanlı olmasaydım, gürcü olmağımı istərdim".

O, məşhur hit mahnıları ilə yanaşı yeni kompozisiyalar da ifa edib. Müğənnini öz orkestri müşayiət edib.

Konsertin tamaşaçıları arasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, azərbaycanlı gənclər və iş adamları da olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin