"Namizədlərin sayı çox olsa da, qələbə qazanmağa potensial namizəd İlham Əliyevdir"

Hazırda oxunan: "Namizədlərin sayı çox olsa da, qələbə qazanmağa potensial namizəd İlham Əliyevdir"

215170
Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcək. Bu bizim partiyamızın birmənalı mövqeyidir.

Bu mövqedən çıxış etməyimizin ilkin və başlıca səbəbi bizim iqtidaryönlü partiya olmağımızla bağlıdır. Bizim partiyamız uzun illərdir ki, YAP-ın müttəfiqlərindən biri sayılır və biz hesab edirik ki, hazırkı seçkidə İlham Əliyevin real alternativi yoxdur. Hərçənd ki, seçkiyə qatılmaq istəyənlərin, prezidentliyə namizədliyini irəli sürənlərin sayı çoxdur, amma qələbə qazanmağa ən potensial namizəd İlham Əliyevdir. Məhz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik yaranıb və ölkənin hərbi potensialı əhəmiyyətli dərəcədə artıb. Azərbaycan nüfuzlu beynəlxlaq humanitar forumlara, idman yarışlarına ev sahibliyi edən ölkə imici qazanıb. Azərbaycan beynəlxalq arenada etibarlı iqtisadi tərəfdaş kimi qəbul edilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantlarından biri sayılır. Bütün bunlar məhz İlham Əliyevin çoxşaxəli siyasətinin nəticələridir.

DADP bütün bu amilləri nəzərə alaraq müttəfiq Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bu məqsədlə partiyamızın seçki qərargahı təbliğat-təşviqat səpkili tədbirlər həyata keçirəcək, seçiciləri 11 apreldə məhz İlham Əliyevə səs verməyə dəvət edəcək. Biz İlham Əliyevin qarşıdaki prezidentlik müddətində daha böyük uğurlara imza atacağına inanırıq.

Əlisahib Hüseynovxa0
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin