Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı? – VİDEO

Hazırda oxunan: Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı? – VİDEO

621079

Bu il anadan olmasının 120 illiyi dövlət səviyyəsində qeyd olunan Xalq şairi Səməd Vurğunun həyatında Qubanın xüsusi yeri olub. Şair təkcə poeziyası ilə deyil, müəllim, deputat və ictimai xadim kimi də bu bölgənin həyatında iz qoyub.

Qubanın təbiəti, insanları və həyat tərzi sonralar onun yaradıcılığında da öz əksini tapıb. Ancaq Səməd Vurğunun Quba ilə bağlılığı bununla bitmir.

Səməd Vurğun 20 yaşlarında Qubaya gəlib və burada yaşamağa başlayıb. Qazax Müəllimlər Seminariyasının məzunu olan şairin ilk əmək fəaliyyətlərindən biri məhz Quba rayonu ilə bağlı olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyevin sözlərinə görə, gənc Səməd Vurğun Qubada işlədiyi illərdə "Qara" deyə müraciət etdiyi böyük qardaşı Mehdixan Vəkilovla birlikdə yaşayıb.

Ətraflı Bizim.Media-nın videosüjetində:


Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin