İsrail və Livan arasındakı fikir ayrılığının əsas səbəbi AÇIQLANDI

Hazırda oxunan: İsrail və Livan arasındakı fikir ayrılığının əsas səbəbi AÇIQLANDI

621185

Vaşinqtonda keçirilən danışıqlarda İsrail və Livan nümayəndələri arasında əsas fikir ayrılığı yəhudi dövləti qoşunlarının ərəb respublikasının cənub rayonlarından ilkin mərhələdə çıxarılması mexanizmi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Al Hadath" telekanalı yayıb.
 

Telekanalın danışıqlara yaxın mənbəsinin verdiyi məlumata görə, "Livan-İsrail dialoqunda əsas mübahisəli məqam İsrail qoşunlarının geri çəkilməsi təşəbbüsü və lap birinci mərhələdə hərbi bölmələrin çıxarılması mexanizmidir".


Mənbənin sözlərinə görə, İsrail tərəfi "addım-addım" prinsipinə sadiq qalır və eyni zamanda Livan ordusundan yerində real fəaliyyət və şiə təşkilatı “Hizbullah”ın infrastrukturunu ləğv edə biləcəyinə dair sübutlar" tələb edir.

Eyni mənbə qeyd edib ki, Livan nümayəndələri isə Vaşinqtondakı danışıqlarda ilk növbədə İsrail qüvvələrinin məhz Livanın cənub rayonlarından çıxarılmasında israr edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin