Ermənistanda "AyaKve" birliyinin koordinatoru, tanınmış ictimai-siyasi xadim Avetik Çalabyan səhər saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "AyaKve" milli vətəndaş birliyi yayıb.
Məlumata görə, müxalifətçi xadimin saxlanılması bəzi etiraz aksiyalarında tələbələrin və digər vətəndaşların maddi maraq qarşılığında iştirakını təşkil etmək cəhdi (maddi maraq yaratmaqla aksiyaya cəlb etmə) şübhəsi ilə bağlıdır.
Ermənistan İstintaq Komitəsinin apardığı araşdırmalar çərçivəsində onun paytaxt İrəvandakı mənzilində axtarış aparıldığı və daha sonra nəzarətə götürüldüyü bildirilir.
Vəkilləri və tərəfdarları isə bu həbsi siyasi sifariş və müxalifətə qarşı təzyiq dalğası kimi qiymətləndirirlər. Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
Bizim.Media





































































































